“Sumqayıt” istirahətini yekunlaşdıraraq hazırlığa başlayıb. Fanat.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 2017-ci ilin ilk məşqinə Sumqayıtda çıxıb. Samir Abasovun komandası dəniz kənarında qaçmaqla bayram ab-havasından qurtulmağa çalışıb .
“Sumqayıt”ın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlığa gec qoşulacaq. Abasov əvəzedici komandanın 3 futbolçusunu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə qatıb. “Sumqayıt”ın növbəti məşqi sabah 11.00-da olacaq.
Fanat.Az