Samir Məsimovun "Domjale" karyerası başa çatır. Fanat.Az xəbər verir ki, Sloveniya klubu 21 yaşlı yarımmüdafiəçidən imtina edir.
"Domjale"nin idman direktoru Matey Orajem bildirib ki, Samiri icarəyə vermək istəyirlər. Onun hansı klubda oynayacağı bilinmir.
Məlumata görə, Samir hazırda Qazaxıstanın "Okjetpes" klubunun düşərgəsindədi. Onunla yaxın günlərdə müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Samir futbolun sirrlərini Moskvanın "Spartak" və "Lokomotiv" klublarında öyrənib. 2013/14 mövsümündə "Neftçi"yə transfer olunan futbolçu bu ilin əvvəlində "Domjale"yə keçib. Ötən mövsümün ikinci yarısında Slovniya klubunun heyətində 6 oyuna çıxıb 163 dəqiqə oynasa da, cari mövsümdə debüt etməyib.
Fanat.Az