Pavel Paşayevin “Neftçi”də peyda olmaq ehtimalını dekabrın əvvəllərində diqqətinizə çatdırmışdıq. Sonradan “ağ-qaralar”ın çalışdırıcısı Elxan Abdullayev də keçidin mümkünlüyündən danışdı və bu gün ölkə mətbuatda imzalanması nəzərdə tutulan 1,5 illik müqavilə müzakirə olunur.
Fanat.Az xəbər verir ki,ötən mövsüm “Qəbələ”də real səviyyəsini ortaya qoyan, ardından Ukrayna “Stal”ında oynayan Pavel birbaşa Elxan Məmmədovun əmriylə “Neftçi”yə göndərilir. Belə ki, klubun icraçı-direktoru Orxan Hüseynzadəyə millinin çalışdırıcısı Robert Prosineçkinin düşündüklərini şəxsən çatdıran baş katib Paşayevi transfer etməyin və oynatmağın vacibliyini xatırladıb. Hüseynzadənin baş katibin sözündən çıxacaq qədər səlahiyyət sahibi olmadığını isə yenidən xatırlatmaq kifayət edir.
Xüsusi nəsə baş verməsə, “Qəbələ”də Roman Qriqorçukun rəğbətini qazana bilməyən Paveli ağ-qara formada ora-bura qaçan görəcəyik.
Fanat.Az