15:06 05.01.2017 605

"Azərbaycan millisinə azarkeşlik edirəm" - MÜSAHİBƏ

“Qəbələ”nin xorvat yarımmüdafiəçisi Filip Ozobiç UEFA-nın rəsmi saytına danışıb. Fanat.Az legionerin müsahibəsini müəyyən ixtisarla təqdim edir.

 

- İstirahət necə gedir?

- Hər şey əladı. Bir neçə gün futboldan uzaqlaşmağı uyğun saydım. Özümə, ailəmə, yaxınlarıma vaxt ayırdım. Ardından şəxsi məşqlərə başladım. Yanvarın 7-də milliylə birlikdə Çinə beynəlxalq turnirə yollanacam, ordan isə birbaşa Türkiyəyə - “Qəbələ”nin təlim-məşq toplanışına.

 

- “Qəbələ”yə transferiniz necə alındı?

- Yayda klubun baş meneceri Zaur Əzizov əlaqə saxladı. Sonra klub təmsilçiləri agentimlə razılığa gəldilər. Azərbaycana gedənə qədər bu ölkə haqqında eşitsəm də, dolğun məlumatım yox idi. “Neftçi”nin 2011-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşdığını bilirdim. Həm də “Qəbələ”ylə “Qarabağ”ın Avroliqanın qrupunda oynadıqlarından xəbərdarıydım. Hətta onların bəzi oyunlarını da izləmişdim. Təbii, ölkə haqqında internetdən məlumat topladım. Hər şey gözlədiyimdən də yaxşı oldu.

 

- Qafqazda yaşamaq rahatdı?

- Azərbaycan mənim çox xoşuma gəlir. Bu ölkə haqqında ancaq yaxşı şeylər danışa bilərəm. İnsanlar çox istiqanlıdırlar. Mənimlə çox yaxşı davranırlar. Bakı müasir və gözəl şəhərdir. Burda istirahət üçün hər bir şərait var, qətiyyən darıxdırıcı deyil. Boş vaxt tapan kimi komanda yoldaşlarımla gəzməyə gedirik. Voyslav Stankoviç, Petar Franyiç və David Pietrzkeviç ilə çox yaxın müasibətdəyik.

 

- “Qəbələ”nin Avroliqadakı bu mövsümkü çıxışını necə dəyərləndirirsən? Komandanız bu dəfə də qrupdan çıxa bilmədi, üstəlik bütün oyunlarda da məğlub oldu...

- Əlbəttə, bizim qrupda qalmağımız və heç bir xal toplaya bilməməyimiz çox təəssüfləndirici məqamdı. Ancaq qəbul etməliyik ki, düşdüyümüz qrup çox çətin idi. Bununla belə şanslarımız oldu, qollar vurduq. Hətta bəzi hallarda ən az heç-heçəyə yaxın olsaq da, hansısa kobud səhv ucbatından bu, alınmadı. Ancaq heç nə olmaz, bu dəfə alınmadısa, gələn dəfə cəhd edərik. Oyunçularda heç bir psixoloji problem olmadı və indi də yoxdur. Həm çempionatda, həm də ölkə kubokunda işlərimiz yaxşı gedir. Premyer Liqada lider “Qarabağ”dan sadəcə 1 xal geri qalırıq, kubokda isə yarımfinaldayıq və mübarizəmiz davam edir. Bundan sonrakı bütün hədəflərimiz daxili yarışlarda uğurlu çıxış etməkdir.

 

- Xorvatiya millisinə dəvət almaq sizin üçün gözlənilməz olmadı ki?

- Deyə bilmərəm ki, milliyə çağrıldığımı eşidəndə şoka düşdüm. Çünki mən həmişə belə bir təklif almaq üçün öz üzərimdə çox çalışmışam. Birdən mənə zəng edirlər və belə bir xəbər verirlər. Həqiqətən də çox qürurlandım. Bütün dünya bilir ki, bizim millimiz çox güclüdür və belə bir komandanın içində olmaq mənim üçün şərəfdi.

 

- Luka Modriç, İvan Rakitiç, Mario Mancukiç və digərləri Avropanın ən yaxşı klublarında çıxış edirlər. Bu cür ulduzlarla rəqabət aparmaq çətin olmayacaq ki?

- Dediyiniz oyunçular Çində komandanın heyətində olmayacaqlar. Toplanışda iştirak edəcək hər kəs özünü yaxşı tərəfdən göstərmək və növbəti çağırışlarda dəvət almaq istəyir. Mən özümə inanıram. Ən yaxşı oyunumu göstərmək istəyirəm. Bundan sonrası isə baş məşqçinin işidir.

 

- Necə düşünürsünüz, milliyə dəvət almaq sizin karyeranız üçün də müsbət amil olacaqmı? Məsələn, daha yaxşı kluba keçə bilərsiz...

- Düzü, bu barədə heç vaxt düşünməmişəm. “Qəbələ”yə təzə gəlmişəm və bütün fikrim bu klubda uğurlu çıxış etməkdir.

 

- Azərbaycanda sizin həmyerliniz Robert Prosineçki də işləyir. Onun milli komandadakı işini uğurlu saymaq olarmı?

- Hamı Prosineçkinin necə möhtəşəm bir futbolçu olduğunu yaxşı bilir. O həm də yaxşı insandır. Düşünürəm ki, o, Azərbaycan millisində pis nəticələr qazanmayıb, düzdür, bu nəticələr daha da yaxşı ola bilər. Bu komanda gələcəkdə daha uğurlu nəticələr qazanmaq potensialındadır. Onlara azarkeşlik edirəm.

 

- “Qəbələ”nin uğurlarının əsas memarı Roman Qriqorçukdur. Siz necə xarakterizə edə bilərsiz ukraynalı mütəxəssisi?

- Roman İosifoviç özünü yaxşı mütəxəssis kimi çoxdan təsdiq edib. Ardıcıl iki dəfə “Qəbələ”ni Avroliqanın qrup mərhələsinə çıxarıb. Onu çox güclü baş məşqçi hesab edirəm və düşünürəm ki, Qriqorçukun rəhbərliyi ilə biz bu mövsüm ilk dəfə Azərbaycan çempionu ola biləcəyik.

 

- Çempionlar Liqasında qrup mərhələsində çıxış edə biləcəyinizə inanırsız?

- Təsnifat mərhələsində çıxış edən hər komanda qruplara qədər irəliləyə bilər. Əgər biz ölkə çempionu olsaq və ÇL-nin təsnifat mərhələsində çıxış etsək, o zaman əlbəttə ki, bizdə arzu da, istək də, hədəf də qrup mərhələsinə düşmək yönündə olacaq. “Qəbələ”nin heyətində güclü və peşəkar futbolçular var və biz ÇL-də uğurlu çıxış edə bilərik.

 

- Klub haqqında başqa nə deyə bilərsiz?

- Bizim kollektivdə çox gözəl atmosfer var. Hamı bir-biri ilə dostluq edir və düşünürəm ki, bu, meydanda da görünür. Bizim həmişə bir hədəfimiz olub – qələbə qazanmaq. Qarşılaşdığımız hər rəqibi məğlub etmək istəyirik. Taktikaya gəlincə isə biz həm qısa, həm də uzun ötürmələrlə oynayırıq. Hər şey oyunun gedişindən və situasiyadan asılıdır.

 

- “Qəbələ”də infrastruktur necədir?

- Bizim böyük Avropa klublarında olduğu kimi möhtəşəm bazamız, bir neçə oyun və məşq meydançamız var. Şərait əladır. Futbolçulara isə ancaq hazırlaşmaq və çıxıb qələbə qazanmaq qalır. 


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X