“İnter”dən ayrılacağı haqda məlumat verdiyimiz Ağabala Ramazanov “bankirlər”lə vidalaşıb. Fanat.Az xəbər verir ki, “ağ-göylər”in dünənki məşqinə qatılmayan futbolçu “Qarabağ”la anlaşıb.
“Neftçi”nin maraq dairəsində olan Ramazanovun “köhlən-atlar”ı seçməsi isə təbii ki, çempionluq arzusu və Qurban Qurbanovun rəhbərliyi altında oynamaq istəyiylə bağlıdı.
Etibarlı mənbədən aldığımız məlumata görə, bəstəboy hücumçu Ağdam təmsilçisində “Neftçi”nin təklif etdiyindən daha az qazanacaq.
Fanat.Az