Ruslan Abışovun “İnter”in bu gün 16.00-da baş tutan məşqinə qatıldığını xəbər vermişdik. Fanat.Az-a ötürülən məlumata görə futbolçunun qardaşı və meneceri Sərxan İbrahimov da klubda olub.
Ruslanın “Neftçi”yə keçidi yenidən müzakirə mövzusuna çevrilsə də, klub rəhbərliyi Abışova ehtiyac duyduqlarını əsas gətirərək, onu buraxmaq fikrində olmadıqlarını bildirib. Komandanın baş məşqçis Zaur Svanadzedən aldığımız qısa açıqlama isə belə oldu: “Abışov? Ruslan komandada qalır. Onun getməsi barədə razılığa gəlməmişik”.
Fanat.Az