"Qarabağ"ın yeni transferi Elşən Abdullayev klubun rəsmi sayına müsahibə verib:
Fanat.Az xəbər verir ki, futbolçu qarşıdakı məqsədlrindən danışıb:
"Qarabağ"a gəlişim qısa zamanda baş verdi. "Neftçi" ilə müqaviləm bitmişdi. Həmin vaxt "Qarabağ"dan təklif gəldi və mən də dəyərləndirdim. Burada daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var və komandada hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq.
Əlbəttə çətin olacağını bura gəlməmişdən əvvəl dərk edirdim. Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdır. İnaniram ki, hər şey istədiyim kimi alınacaq".
Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdir. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşsaq, inaniram ki, növbəti çempionluq gələcək.
Azarkeşlər hər zaman komandasının daha güclü olmasını istəyirlər. Daha baxımlı futbol görmək istəyirlər . Ümid edirəm, onlar toplanışdan sonra daha güclü "Qarabağ" izləyəcəklər".
Fanat.Az