"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyənin "Gənclərbirliyi" komandasına keçidi gündəmdə deyil. Bu barədə "Report"a Ankara təmsilçisinin peşəkar işlər üzrə meneceri Sinan Temel məlumat verib.
O, bildirib ki, çalışdığı klub 27 yaşlı hücumçu ilə maraqlanmır: "Reynaldonun "Gənclərbirliyi"nə transferi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu gün üçün belə bir mövzu yoxdur və sabah da olmayacaq".
Qeyd edək ki, son günlər braziliyalı Reynaldonun "Gənclərbirliyi"nə icarəyə veriləcəyi ilə bağlı məlumatlar dərc olunub.
Bu arada "Gənclərbirliyi" heyətini albaniyalı hücumçu ilə gücləndirib. Ankara təmsilçisi Aqon Cevat Mehmeti ilə 1,5 illik müqavilə imzalayıb.
27 yaşlı oyunçunun sonuncu klubu Norveçin əsas liqasında çıxış edən "Stabaek" olub. Mehmeti karyerası ərzində İtaliyanın "Palermo" və İsveçin "Malmö" komandalarında da çıxış edib. Bununla da "Qarabağ"ın hücumçusu Reynaldonun icarəyə götürüləcəyinə dair iddialara son qoyulub.
Qeyd edək ki, daha öncə "Gənclərbirliyi"nin peşəkar işlər üzrə meneceri Sinan Temel "Report"a açıqlamasında braziliyalı forvardla maraqlanmadıqlarını bildirib.
Fanat.Az