Aleksandr Səmədovun “Spartak”a keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, “Lokomotiv” azərbaycanlı futbolçunun transferindən 4 milyon avro qazanıb. Həmin məbləğin bir hissəsini də futbolçu özü ödəyib.
Sabah Səmədov tibbi-müayinədən uğurla keçdikdən sonra “Spartak”la 2,5 illik müqavilə imzalayacaq. Həmyerlimizin yeni klubundakı illik qazancı 1,8 milyon avro olacaq.
Qeyd edək ki, Aleksandr Səmədov daha əvvəl - 2001-2005-ci illərdə “Spartak”ın formasını geyib.
Fanat.Az