17:44 03.06.2013 1594

Rəşad Sadıqov: "Ağrılarım artmasa, oyuna hazır olacağam"

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi

- Millimizin Qətərlə oyununda yenidən zədələndin. Hazırda zədən nə yerdədir?

- Oyundan sonra bir gün istirahət etdim. Sonra məşqlərə başladım. Ancaq komandadan ayrı məşq edirəm. Bu gündən komanda ilə birgə məşqlərə başlayacağam. Çünki Lüksemburqla oyuna az vaxt qalıb. Kollektiv şəkildə məşq etməyimiz çox vacibdir.

- Lüksemburqla oyun buraxmaq ehtimalı var?

- Onu bu gün məşqə çıxdıqdan sonra  biləcəyəm. Ağrılarım artmasa, oyuna hazır olacağam.

- Qətərlə yoldaşlıq oyununda millimizin bir neçə əsas üzvü iştirak etmədi. Həmin heyətlə komandamız necə təsir bağışladı?

- İki tam fərqli hissə oldu. Birinci hissədə çox pis oynadıq. İkinci hissədə isə rəqiblə başabaş mübarizə apardıq. Düşündüyümüz qolu vurduq və məğlubiyyətdən qaçdıq. Onu da deyə bilərəm ki, Qətər millisi çox inkişaf edib. Güclü komandadır. Heyətlərində güclü futbolçular var idi. Həmin futbolçular komandamıza çox problem yaratdı.

- Qətər əsas heyətlə oynayırdı?

- O komandanı yaxşı tanımıram. Ona görə də dəqiq bilmirəm, hansı heyətlə oynayırdılar. Ancaq Avropada oynayan üç çox güclü və səviyyəli futbolçuları var idi.

- Lüksemburqla oyunqabağı Qətərlə oyunun nə kimi faydası oldu?

- Əsas xeyiri o oldu ki, oyun təcrübəsi olmayan futbolçular oynadılar. Təzə oyunçuları sınaqdan keçirdik. Gənc oyunçular meydana çıxdı. Milli komanda ab-havasını hiss etdilər.

- Lüksemburqla oyuna hazır olan gənc futbolçular oldu?

- Ona məşqçilər qərar verəcək. Ola bilər ki, Berti Foqts Lüksemburqla oyuna düşündüyü futbolçunu bu oyundan sonra düşünməsin və yaxud da əksinə kimsə özünü baş məşqçiyə yaxşı tərəfdən göstərə bilər.

- Qarşıdan Lüksemburqla oyun gəlir. Bir sıra əsas heyət oyunçuları zədəlidir, oynayacaqları sual altındadır. Bu halda komandamızdan nə gözləmək olar?

- Hansı heyətlə meydana çıxmağımızdan asılı olmayaraq, ancaq qələbəni düşünürük. Amma futbolun nəticəsi meydanda olur. Nəticə qazanmaq üçün meydanda çox şey etmək lazımdır. Var gücümüzlə qələbə qazanmağa çalışacağıq.

- Rauf Əliyev və Vüqar Nadirov cəzalı olduqları üçün komandamıza kömək edə bilməyəcəklər. Onların yoxluğu öz sözünü deyəcək, yoxsa Qətərlə oyunda qol vurmuş Rüfət Dadaşov bu futbolçuları əvəzləyə biləcək?

- Rüfətin oyununu bəyənirəm. Düzdü, milli komandada oyun təcrübəsi yoxdur. Ancaq potensialı olan oyunçudur. İstəklidir və komanda oyunu oynamağa can atır. Heyətdə kimin olacağını bilmirəm. Amma onu deyə bilərəm ki, futbolçularımız Raufu və Vüqarı layiqincə əvəz edə biləcəklər.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X