Afrika Millətlər Kubokunda ilk finalçısı bəllidi. Fanat.Az xəbər verir ki, yarımfinalın birinci matçında Burkina Faso və Misirlə qarşılaşıb.
Mohamed Salah 65-ci dəqiqədə “fironlar”ı sevindirsə də, Aristid Banse 72-ci dəqiqədə tarazlığı bərpa edib.
Oyunun əsas və əlavə vaxtında başqa qol vurulmadığından penaltilərə ehtiyac duyulub. Daha soyuqqanlı davranan misirlilər (4:3) həlledici oyunda iştirak etmək hüququ qazanıb .
Yarımfinalın digər oyunu sabah baş tutacaq. Kamerun Qanayla üz-üzə gələcək.
Fanat.Az