Premyer Liqanın XVI turu çərçivəsində sabah "İnter"i qəbul edəcək "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.Az xəbər verir ki, baş məşqçi Samir Abasov 2 futbolçunun xidmətindən məhrum olub.
Belə ki, Mikayıl Rəhimov və Vaquf Güləliyev komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu zədədən əziyyət çəkir.
Fanat.Az