20:00 08.02.2017 708

“Açıqlamalara reaksiya vermirəm” - Qurban Qurbanov

“Çox vacib qələbə qazandıq. İlk oyunlarda bəzi çatışmazlıqlarımız var idi. Amma mən bunu normal qəbul edirdim. Bu gün isə topla səliqəli davrandıq”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Zirə”ni qəbul edən Ağdam klubu qələbə qazanıb – 2:0.

 

Oyundan sonra baş tutan mətbuat konfransında Qurbanov nəticəni şərh edib: “Zirə” düzgün müdafiə olunmaqla bizə problem yaradırdı. Şükürlər olsun ki, qollar vurduq və vacib qələbə əldə etdik. Ayxan Abbasova və “Zirə”yə uğurlar arzu edirəm”.

 

- Reynaldonun gedişi və Kintananın zədələnməsi sizə nə dərəcədə təsir edəcək?

- Kintana əsas oyunçularımızdan biridi. Topla yaxşı davranmağımızda onun böyük rolu var. Amma biz belə hallarla razılaşmalıyıq, futboldu, hər oyunçunun başına gələ bilər. Bəhanə axtarmalı deyilik. Ola bilsin, oyuna köklənməkdə müəyyən problemlərimiz olsun.

 

- Növbəti tur qarşılaşacağınız “Kəpəz”in stadionunun ot örtüyü futbolçular üçün arzuolunmazdı. Bununla barışacaqsızmı, yoxsa başqa təklif irəli sürəcəksiz?

- Biz həmin meydançada oynamalıyıq. “Kəpəz”in hazırda nəticə baxımından durumu o qədər də yaxşı deyil. Buna görə də, bizim qarşı tərəfə müraciət etməyimiz yaxşı çıxmaz.

 

- “Qəbələ”nin bugünkü oyununda hakim AZAL-ın penaltisini verməyib. Bununla bağlı danışmaq istəyirsizmi?

- Roman Qriqorçukla bir-birimizə hörmətlə yanaşırıq. Bu cür səhvlər hər oyunda ola bilər. Odu ki, mənim nəsə fikir bildirməyim düzgün olmaz.

 

- “Qarabağ”ın hakim köməyinə ehtiyacı varmı, yoxsa bu klubu gözdən salmağa çalışırlar?

- İnanmıram ki, Azərbaycanda “Qarabağ”ı gözdən salmağa çalışan adam olsun. Mən bu klubda çalışmağın məsuliyyətini həmişə dərk etmişəm. Sadəcə, fikirlər ola bilər, hərə öz fikrini deyir. Verilən açıqlamalara reaksiya vermirəm, başımızı aşağı salıb, işimizi görürük.

 

- Rəşad Sadıqovun meydanlara qayıdışı hansı oyunda reallaşa bilər?

- Rəşadın 15 illik futbol təcrübəsi var. Özünüz ona lider adını vermisiniz. Onda bu keyfiyyətlər olduğu üçün o adı vermisiz. Rəşad 3-5 ay oynamasa belə, hazır olsa, çıxıb normal oynayacaq. Mən Rəşada inanram.

 

- Qarşıdan gələn “Qəbələ” ilə oyun sizin üçün həlledici görüş ola bilərmi?

- Belə düşünmürəm. Çempionatda hər oyunda xal itirmək ehtimalımız var. Çünki bütün komandalar düzgün oyun göstərməyə başlayıblar. AZAL bizimlə görüşdə olduğu kimi, “Qəbələ”yə qarşı da yaxşı oyun göstərib. Odu ki, “Qəbələ ilə qarşılaşmada qeydə alınan nəticə əsas olmayacaq. (Apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

Facebookdan bizi izləməyi unutmayın.
X