AFFA Hakimlər Komitəsi U-17 liqasının "İnter" - "Qəbələ" oyunundakı qalmaqalın səbəbkarı olan hakim Elməddin İsgəndərovla bağlı qərar verib. Fanat.az xəbər verir ki, komitə referini hakimlikdən kənarlaşdırıb.
Qeyd edək ki, Elməddin İsgəndərov "İnter"in qapısına heç bir əsası olmayan penalti təyin edib. Bununla kifayətlənməyən referi "bankirlər"in iki futbolçusuna qırmızı vərəqə göstərib.