Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, E, F, G və H qruplarında 8 matç baş tutub.
E qrupunda "Şalke 04" və Joze Mourinyonun başçılıq etdiyi "Çelsi" qələbə qazanıb. Qələbədən sonra komandalar ardıcıl olaraq birinci və ikinci pillədə qərarlaşıb.
F qrupunda "Arsenal" "Napoli"ni 2:0 hesabı ilə yenib. Hesabı açan Mesut Özil ikinci qolun da ötürməsini verərək matçın qəhrəmanı olub. Dortmund "Borussiya"sı isə Masel "Olimpik"ini darmadağın edib - 3:0.
"Zenit" doğma meydanda "Austria"nın müqavimətini qıra bilməyib və oyun 0:0 hesabı ilə başa çatıb. Qrupun digər oyununda "Atletiko" səfərdə "Portu"ya qalib gəlib - 2:1. İspaniya klubunun qələbə qolunu Arda Turan vurub.
H qrupunda isə "Barselona" səfərdə "Seltik"i çətinliklə yenib - 1:0. Matçın yeganə qoluna 76-cı dəqiqədə Kesk Fabreqas imza atıb. "Ayaks" - "Milan" oyunu isə 1:1 hesabı ilə başa çatıb. İtalyanların bərabərlik qoluna son dəqiqələrdə Mario Balotelli penaltidən imza atıb.
Çempionlar Liqası
Qrup mərhələsi
II tur
1 oktyabr
E qrupu
Styaua (Rumıniya) - Çelsi (İngiltərə) 0:4
Qollar: Ramires, 20; 55. Daniel Georgievski, 44 (avtoqol). Frank Lempard, 90.
Bazel (İsveçrə) - Şalke 04 (Almaniya) 0:1
Qol: Julian Draksler, 54.
1 | Şalke 04 | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
2 | Çelsi | 2 | 1 | 0 | 1 | 5-2 | 3 |
3 | Bazel | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
4 | Styaua | 2 | 0 | 0 | 2 | 0-7 | 0 |
F qrupu
Borussiya (Dortmund, Almaniya) - Olimpik (Marsel, Fransa) 3:0
Qollar: Robert Levandovski, 20; 79-pen. Marko Reus, 52.
Arsenal (İngiltərə) - Napoli (İtaliya) 2:0
Qollar: Mesut Özil, 8. Oliver Qrioud, 15.
1 | Arsenal | 2 | 2 | 0 | 0 | 4-1 | 6 |
2 | Borussiya | 2 | 1 | 0 | 1 | 4-2 | 3 |
3 | Napoli | 2 | 1 | 0 | 1 | 2-3 | 3 |
4 | Olikpik | 2 | 0 | 0 | 2 | 1-5 | 0 |
G qrupu
Zenit (Rusiya) - Austria (Avstriya) 0:0
Qırmızı vərəqə: Aksel Vitsel, 44 (Zenit).
Porto (Portuqaliya) - Atletiko (İspaniya) 1:2
Qollar: Cekson Martines, 16 - Dieqo Qodin, 58. Arda Turan, 86.
1 | Atletiko | 2 | 2 | 0 | 0 | 5-2 | 6 |
2 | Portu | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
3 | Austria | 2 | 0 | 1 | 1 | 0-1 | 1 |
4 | Zenit | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
H qrupu
Ayaks (Hollandiya) - Milan (İtaliya) 1:1
Qollar: Densvil, 90 - Mario Balotelli, 90+4-pen.
Seltik (Şotlandiya) - Barselona (İspaniya) 0:1
Qol: Kesk Fabreqas, 76.
Qırmızı vərəqə: Skott Braun, 59 (Seltik).
1 | Barselona | 2 | 2 | 0 | 0 | 5-0 | 6 |
2 | Milan | 2 | 1 | 1 | 0 | 3-1 | 4 |
3 | Ayaks | 2 | 0 | 1 | 1 | 1-5 | 1 |
4 | Seltik | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |