Əvəzedici heyətlərin çempionatında XX turun oyunları kerilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
AZAL - "Neftçi" oyununda iki qol vurulub və qalib müəyyənləşməyib - 1:1. "Zirə" doğma meydanda "Sumqayıt"ı 3:0 hesabı ilə darmadağın edib.
Qalan iki qarşılaşma bu gün baş tutub. "Qəbələ" səfərdə "Kəpəz"ə qalib gəlib - 2:0. "Qarabağ" - "İnter" matçı isə 1:1 hesabı ilə yekunlaşıb.
Əvəzedici heyətlər
2016/17 mövsümü
III dövrə, XX tur
25 fevral
AZAL - Neftçi 1:1
Qollar: Elçin İsmayılov, 7 - Kənan Mirzəliyev, 38.
Zirə - Sumqayıt 3:0
Qollar: İlkin Muradov, 21. Yamin Ağakərimzadə, 38. Muxtar Əliyev, 86.
27 fevral
Kəpəz - Qəbələ 0:2
Qollar: Fərid Nəbiyev, 37. Ramil Hasanov, 82.
Qarabağ - İnter 1:1
Qollar: Elgün Nəbiyev, 37 - Mirhüseyn Seyidov, 64-pen.
Fanat.Az