I divizionda XIV turdan təxirə salınmış oyunlar baş tutub. Fanat.Az xəbər verir ki, lider "Turan Tovuz" "Rəvan"ı 5:0 hesabı ilə yenib.
İkinci pillədə qərarlaşan "Səbail" doğma meydanda "Mil-Muğan"a qalib gəlib - 1:0. "Ağsu" "Bakılı"nı 7 cavabsız qolla yenib.
"Qaradağ Lökbatan" "Göyəzən"ə 3:0, MOİK "Energetik"ə, "Şəmkir" "Şərurspor"a 4:0 hesabı ilə qalib gəlib. "Şahdağ" - "Zaqatala" oyununda isə qalib müəyyənləşməyib - 1:1.
I divizion
2016/17 mövsümü
II dövrə, XIV tur
27 fevral
Göyəzən - Qaradağ Lökbatan 0:3
Qollar: Rüfət Məmmədov, 15; 17. Əliağa Xudiyev, 78.
Şahdağ - Zaqatala 1:1
Qollar: Osman Osmanov, 56 - Kənan Müslümov, 33.
Turan Tovuz - Rəvan 5:0
Qollar: İlkin Sadıqov, 2. Rəhman Musayev, 44-pen; 60; 69. Aqşin Muxtaroğlu, 66.
Ağsu - Bakılı 7:0
Qollar: Elnur Səmədov, 28; 61; 80. Ramil Həşimzadə, 53. Fariz Nəcəfov, 66. İsa Cəbiyev, 73. Elnur Mustafazadə, 88.
Energetik - MOİK 0:4
Qollar: Aydın Qasımov, 36. Orxan Həsənov, 38. Mirkamil Əliyev, 52; 69.
Şərurspor - Şəmkir 0:4
Qollar: Bəhruz Teymurov, 47; 55. Vüsal Qarayev, 90+1; 90+4.
Səbail - Mil-Muğan 1:0
Qollar: Orxan Səfiyaroğlu, 35.
Fanat.Az