Futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA Kubokunun əsas mərhələsində ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, 6-cı qrupda mübarizə aparan təmsilçimizin Buxarestdəki ilk rəqibi Yunanıstanın "Atina 90" klubu olub.
Oyuna fəal başlayan təmsilçimiz yunanlara divan tutub - 5:1. "Araz"ın heyətində Vitali Borisov dubl edib, Fabiano, Amadeu və Biro Jade hərəyə bir qol vurub.
Qrupun digər oyununda "Tarqu Mureş" (Rumıniya) "Şatelino" (Belçika) ilə sülh bağlayıb - 6:6. "Araz" ikinci oyununu bu gün Bakı vaxtı ilə saat 19.00-da "Şatelino" ilə keçirəcək, "Tarqu Mureş" "Atina 90"nı sınağa çəkəcək.
Futzal
UEFA Kuboku
6-cı qrup
2 oktyabr
Araz (Azərbaycan) - Atina 90 (Yunanıstan) 5:1
Qollar: Fabiano, 5. Amadeu, 7. Vitali Borisov, 11; 39. Biro Jade, 30 - Murdukutas, 7