"Qalatasaray"ın keçmiş kapitanı, hazırda "Atletiko"nun şərəfini qoruyan Arda Turan "Yuventus"la matçı izləyib. Fanat.az xəbər verir ki, türkiyəli futbolçu Portuqaliyada "Porto" (1:2) ilə keçirilən oyundan sonra Madridə, daha sonra İtaliyaya yollanıb.
Qeyd edək ki, Ardanın matçdan sonra Madridə qayıtdığı və "Atletiko"nun bugün keçiriləcək məşqində iştirak edəcəyi bildirilib.