Uğursuzluq zolağından çıxa bilməyən "Dənizlispor"da daha bir istefa şoku yaşanıb. Fanat.az xəbər verir ki, Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi klubun prezidenti Süleyman Urkay istefa verib.
O, qərarını dünən "Manavqat Evrensekispor"la (1:2) keçirilən kubok oyunundan sonra açıqlayıb. Matçın son dəqiqələrində stadionu tərk edən Urkay istefa verdiyini bildirib: "Komandanın əhval-ruhiyyəsi yaxşı deyildi və bu səbəbdən hesab da yaxşı olmadı. "Dənizlispor"a zərər verməmək və yeni rəhbərliyin yolunu açmaq üçün istefa verirəm. Ərizəmi sabah (bu gün) İdarə Heyətinə təqdim edəcəm".