Peşəkar Futbol Liqası Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtını açıqlayıb. Fanat.az xəbər verir ki, mərasim oktyabrın 8-də AFFA-nın inzibati binasında baş tutacaq və 12.00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda yeni mövsümə mübarizəyə oktyabrın 22-də start veriləcək. 22-24 oktyabr tarixlərindzə 1/16 final mərhələsinin oyunları keçiriləcək.