Dünən Gürcüstan millisi Latviya ilə yoldaşlıq görüşünə çıxıb. Fanat.Az xəbər verir ki, qafqazlılar rəqibin daşını daş üstdə qoymayıb – 5:0.
“Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri darmadağının iştirakçısı olub.
Premyer Liqamızda forma geyinən yığma üzvləri oyuna start heyətində başlayıb. Navalovski 78-ci dəqiqədə əvəzlənibsə, Nika final fitini meydanda olarkən eşidib.
Fanat.Az