11:37 29.03.2017 826

“Evdəkilər əlimdən bezmişdi” - Qurban Qurbanovun oğlu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu, “Neftçi” U-15 komandasının hücumçusu Musa Qurbanov “qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdimedirik.


- Sizi daha çox Qurban Qurbanovun oğlu kimi tanıyırlar?

- Heç zaman insanların məni kiməsə görə tanımasına diqqət etməmişəm. Çünki bu, məndən asılı olan məsələ deyil. Təbii ki, hər kəs öz adına görə tanınmaq istəyir. Mən də “Neftçi”də oynadığım futbolla, etdiyim hərəkətlərimlə insanların gözündə ucalmaq istəyirəm. Amma kənardan necə görünür ona heç fikir vermirəm.


- Hər hansı bir yerdə sizə “sən Qurban Qurbanovun oğlusan” sualı verilib?

- Yox, indiyə qədər belə bir şey olmayıb. Bunun olmasını da istəmirəm. 


- Oxuduğunuz məktəbdə, ətrafındakı dostlarınız bunu bilir…

- Bilirlər, amma bu, heç nəyi dəyişmir. Qurban Qurbanovun oğlu olmaq o demək deyil ki, cəmiyyət içində fərqlisən. Dostlarım da məni özümə görə tanıyırlar, hörmət edirlər. Hər kəs necədirsə, mən də elə.


- Çox zaman oğullar atalarının yolu ilə gedərkən belə bir söz deyirlər: “qanında var”. Siz də atanıza baxıb öyrənmisiniz, yoxsa həvəs başqa yerdəndir?

- Yox, futbol elə bir şeydir ki, ona gərək həvəs ola. Ola bilər ki, kiminsə atası və ya qardaşı futbolçudur, amma özünün həvəsi yoxdur. Mənim isə uşaqlıqdan futbola həvəsim var. 4-5 yaşımdan evdə topu ora-bura vururdum. Evdəkilər də əlimdən bezmişdi. O qədər əşyaları topla sındırmışam. Bu həvəs məni “Neftçi”yə gətirdi, məşq etdim. İndi də orada oynayıram. 


- “Neftçi”də futbola başlamağınız atanızın istəyi idi?

- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Mən futbol oynamaq istəyirdim və yəqin ki, o da “Neftçi”də çıxış etdiyi üçün məni ora aparmışdı. Həm də komandanın bazası evimizə yaxın idi.


`

 

- Qurban Qurbanovun oyunlarının təkrarına baxırsınız? Ondan nə öyrənə bilmisiniz?

- Videolarını izləmişəm. Millidəki oyunlarına baxmışam və qol vuran futbolçu olub. Fikrimcə, hücumçu kimi öz işinin öhdəsindən gəlib. 


- Sizcə, Qurban Qurbanov məşqçi kimi, yoxsa futbolçu kimi güclüdür?

- Bunu deməyim düzgün olmaz. Futbolçu vaxtları yadıma gəlmir. Yəni onun oyununu stadiondan canlı izləməmişəm, məşqlərində olmamışam. Amma məşqçi kimi görürəm ki, hər zaman çalışır. Öz işində çox məsuliyyətli adamdır. 


- Onun kimi məşqçiniz olsa, sevinərsiniz, yoxsa?..

- Məncə, hər bir futbolçu Qurban Qurbanov kimi məşqçi ilə işləmək istəyər. Çünki onun futbolçularla ünsiyyətinə, işinə yanaşma tərzinə baxanda elə məşqçimin olmasını istəyirəm. 


- Kənardan göründüyü qədər atanız daha çox ağır təbiətli biridir. ..

- Bu xasiyyət hər bir məşqçidə olmalıdır. Bir komanda düşünün ki, məşqçisi zəhmli deyil. O zaman nizam-intizam pozulacaq. Fikrimcə, məşqçilərin xarakteri, zəhmi daim onları irəli daşıyır. 


- İndiyə qədər heç pul qazanmısınız?

- Yox. Düzdür, mükafatlar qazanmışam. Amma heç zaman pul qazanmamışam. 


- Azərbaycan futbolunda özünüzə kimi örnək götürürsüz?

- Belə bir futbolçu yoxdur. Düzdür, bizim güclü oyunçularımız çox olub. Amma sırf ona kumirim kimi baxım, belə biri olmayıb. 


- Bəs, dünyada kumiriniz kimdir?

- Ronaldo Nazario. Onun oyunlarına baxanda zövq alıram. 


- Qurban müəllim evdə meydandakından fərqlidirmi?

- O hər zaman eynidir. Səmimi, təmkinli, səbrli və mehriban.

- Sizi istirahət günlərində ən çox hara aparır?

- Bilirsiniz, əsas istirahət üçün harasa getmək deyil. Birlikdə olmaq özü də istirahətdir. Ailəmizlə birlikdə olanda hər zaman dincəlirik.




- Atanız sizə indiyə qədər istədiyiniz hər şeyi alıb? 

- Bu mövzu çox həssas mövzudur. Mən özüm də çox şey istəmirəm. Bacardığım qədər daha az şeylərlə qane oluram. Amma lazım olan bir əşya varsa, mütləq alacaq. Bunu hər zaman edib.


- Təhsilinizdən razıdır?

- O, hər zaman təhsilimlə, qiymətlərimlə maraqlanır. Həmişə bir sözü var ki, futbolu nə qədər sevsən də, oynasan da, təhsilinə diqqət elə. Onun üçün mənim dərslərim önəmlidir. 


- Heç sizi tərifləyib?

- Yox, heç zaman nəyəsə görə məni tərifləməyib. Elə tərifləməsə, yaxşıdır. Olsa da, deməsin. 


- Məşhur insanların övladları əksər hallarda xaricdə təhsil alırlar. Sizin düşüncənizdən belə bir şey keçib?

- Yox, ağlımdan heç zaman belə fikir keçməyib. Əsas marağım futbola olduğu üçün daha çox onu düşünürəm. Həm də futbolçuyamsa, xaricə getmək alınmaz. Amma nə zamansa, legioner həyatı yaşamağı düşünürəm. Fikrimcə, bütün azərbaycanlı futbolçuların arzusudur. Mən də nə vaxtsa, Avropanın tanınmış stadionlarında meydana çıxmaq istəyirəm. Atam isə futbola da, təhsilə də eyni səviyyədə diqqət ayırır. Universitetə daxil olmaq istəyirəm. 


- Siz də ibadət edirsiniz?

- Hər kəs İslam dininin qaydalarına əsasən ibadət etməlidir. Fikrimcə, bu, bütün müsəlmanların borcudur. Mən də həmçinin. 


- Prezidentlə çəkdirdiyiniz “selfi”marağa səbəb olmuşdu…

- Heydər Əliyev adına İdman Sarayına güləş yarışlarına baxmağa getmişdik. Birinci Avropa Oyunları vaxtı idi. Koridorda gördüm ki, hər kəs prezidentlə “selfi” edir. Biz də yaxınlaşdıq və şəkil çəkdirdik. Çox maraqlı oldu. Təsadüfən alınmış bir şəkil idi. 


- “Qarabağ” və “Neftçi” arasında son illər güclü rəqabət var. Aşağı yaş qruplarından ibarət komandalarda da bu hiss olunur? Ümumiyyətlə, “Qarabağ”a qarşı çıxış edərkən komanda yoldaşlarınız sizinlə hər hansı zarafat edir?

- Yox, etmirlər. Mən hansı komandada çıxış edirəmsə, onun mənafeyi üçün əlimdən gələni etməyə çalışıram. Fərq etmir rəqib kimdir.


- Bir dəfə AFFA  İntizam Komitəsi sizi cəzalandırmışdı. Mediada da “Qurban Qurbanovun oğlu cəzalandırıldı” başlığı ilə xəbərlər getmişdi…

- Belə bir şey olmuşdu. Ondan başqa heç vaxt bu halla üzləşməmişəm. Həmin başlıqları görəndə məsuliyyətimin nə dərəcədə böyük olduğunu dərk etdim. Göz önündə olduğum üçün intizamıma daha çox diqqət yetirməli olduğumu anladım. 



- Atanız müsahibələrinin birində demişdi ki, oğlum özünü yaxşı aparsa, onu komandama transfer edə bilərəm. Evdə bu barədə danışırsınız?

- Yox, tez-tez belə söhbətlər olmur. Güclü klubda çıxış etmək istəyirəm. Sırf ad olaraq “Qarabağ”da və ya “Neftçi”də çıxış etmək hədəfim yoxdur. Mənim üçün daha güclü komandalar var. Məsələn, top klublarda oynamaq arzumdur. 


- Qurban Qurbanov “Qarabağ”la ilk dəfə çempion olanda ağlamışdı. Həmin vaxt siz nə hisslər keçirmişdiniz?

- Yadımdadır. Fikrimcə, həmin sevinc göz yaşları da o çempionluğa yaraşırdı. O, birinciliyi qazanmaq üçün çox əziyyət çəkmişdi. Qələbəsinə mən də çox sevinmişdim ki, atam nailyyət qazanıb. 


- Onun uduzduğu hansı oyunda daha çox üzülmüsüz?

- Bu il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Viktoriya” ya (Plzen) uduzub mərhələ keçməməyinə çox üzüldüm. Həqiqətən üzücü idi. Bir də “İnter”lə matçda hakim qolu saymayanda daha çox pis olmuşdum. 


- Belə hallarda da o, öz təmkinini qoruyur? Evə gələndə əsəbi olmur?

- İnanın ki, siz onu necə görürsünüzsə, hər zaman elədir. Təmkini hər zaman yerində olur. 


- Premyer Liqasdakı vəziyyət sizi qane edir?

- Düzdür, komandaların sayı azdır. Amma keyfiyyət o qədər aşağı deyil. Sadəcə daha çox klub olsa, maraqlı çempionat keçər. 


- Aşağı yaş qruplarında vəziyyət heç də ürəkaçan deyil…

- Bütün problemlərin başında maliyyə dayanır. Uzaq rayonlardakı komandalar maddi cəhətdən əziyyət çəkdiyinə görə oyunlara gəlmir və texniki məğlubiyyət olar. Meydançaların səviyyəsi ürəkaçan deyil. Gözümün önündə bir neçə nəfər zədələndi. Tibbi heyət baxımından əziyyət çəkirik. Bunları düzəltmək lazımdır. 



Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X