Futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında yoxlama oyununun hakimləri müəyyənləşib. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək növbəti yoldaşlıq oyunu FİFA referiləri Elçin Səmədli və Ramil Namazova tapşırılıb.
Bu gün baş tutacaq matçın üçüncü hakimi Hikmət Qafarlı olacaq. Oyun saat 18:30-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında dünən keçirilmiş oyunda millimiz 6:1 hesablı zəfərə sevinib.
Fanat.Az