19:08 01.04.2017 775

“Qarabağ”lı ziyalımızın 64-cü baharı

“Halva-halva deməklə ağız şirin olmaz!”. Nahaq yerə atalar misalı ilə başlamadım. Yenə futboldan danışacam. O futboldan ki, başbilənlərindən kimi dindirsən, bilən də, bilməyən də dövlətin, prezidentin futbola diqqətindən, qayğısından danışacaq. Təbii ki, prezident adı gəldisə, köpüklü cümlələri, fikirləri ürək bulandırır. 


Tamam, dövlət futbolumuza pul, diqqət ayırır, bəs sən, ay qalstuklu məmur (bu AFFA-dakılara da aiddi-müəll.), vətəndaş kimi üzərinə düşəni edirsənmi? Tozlu-torpaqlı stadionlara gedirsənmi? Getməyin lazım deyil, Azərbaycan çempionatındakı oyunların hesabı ilə maraqlanırsanmı? İdman mətbuatı oxuyursanmı? Dediyin kimidirsə, dövlətin, prezidentin qayğısı varsa futbola, sən də məmur kimi, vətəndaş kimi, ictimai şəxs kimi stadionlarda, idman mediasında görünməyin şərtdi. Əgər bunları etmirsənsə, dövlətinə də, prezidentinə də, seçicinə də, xalqına da səmimi deyilsən. 


Amma, aralarında barmaqla sayılacaq qədər ziyalımız, millət vəkilimiz və s. var ki, Azərbaycan futbolu ilə maraqlanır, idman mətbuatını mütəmadi izləyir. Həmin şəxslər Almaniya millisini Bakıda görmək üçün stadiona gələn ziyalılardan deyil. Bizim futbola yananlardandı. Onlardan biri Aqil Abbasdı. 


Dəfələrlə idman mətbuatında dərc olunan yazılara reaksiya verməsi, futboldan yazması onun futbolumuza diqqətinin səmimi olmasından xəbər verir. “Qarabağ”ın azarkeşi kimi tanınan Aqil bəyi, dəfələrlə çempionat oyunlarında stadionda görmüşük. Əslində ziyalılarımızın futbol haqqında danışması, yazması təbliğatın əsas hissəsidi. Buna AFFA da maraqlı olmalıdı, daim həmin insanlarla əlaqədə olması, görüşlər keçirməsi şərtdi. Təəsüflər olsun ki, AFFA-da oturanlar özlərindən başqa ziyalı görmür və heç kimin məsləhətinə ehtiyyac duymurlar. Onlar üçün foqtslar daha ağıllıdı. Bu nöqsanlardan o qədər yazmaq olar ki, amma, məqsəd bu deyil. 

Bu gün yazıçı, Əməkdar jurnalist, millət vəkili Aqil Abbasın 64 yaşı tamam olur. Bilmirəm “Qarabağ” klubunun diqqətindədi, ya yox. Amma ilk olaraq Aqil bəyə onlar təbrik ünvanlamalı idi. AFFA-dan heç bunu gözləməyə dəyməz. Onların iki millət vəkili var ki, bir az dirəşsən futbolun 4 hissədən ibarət olduğuna inandırarsan. 


Əslində zaman-zaman AFFA belə jestlərdə bulunmalıdı. Aqil Abbas oturub Elxan Məmmədovun qurum adından təbrikini gözləmir, sadəcə futbolumuza yananlara diqqət hər birimizin borcudu. Yuxarıda qeyd etdiyim kimi, ilk növbədə bunu zamanında fəxri prezidenti olduğu “Qarabağ” etməliydi. Keçmişi unutmaq, silmək olmaz. Bu iraddı, bu nöqsandı, bu diqqətsizlikdi! Hər halda klubun rəsmi saytında 1500 işarəlik təbriki Aqil Abbas haqq edir. Təəssüf...


Aqil Abbas deyə bilər ki, “futbol camiəsindən təbrik gözləmirəm”, amma diqqətsizlik adama təsir edir. 


Aqil bəy həmişə idman mediasının diqqətində olub, olacaq da. Ona görə də təbriki bizdən eşidin...


“Qarabağ”lı ziyalımız, Sizə sevimli komandanızın oyununu “İmarət”dən izləməyi arzu edirik. 64-cü baharınız mübarək! 

    

Əli Sahib Fanat.Az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X