11:04 04.04.2017 2311

AZAL-an, çıxılan, fərq...

 

Riyaziyyatı heç vaxt sevməmişəm. Valideynlərimin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirmək məcburiyyətində qalsam da, oxuduğumu qavraya bilsəm də, bu fənnin keçildiyi 45 dəqiqəni görməyə gözüm yox idi.


Təbiətcə azad adamam... İçimdə 4 il bəslədiyim üsyan 5-ci sinifdə partladı. "Cəbr" kitabını yerə çırpdım, “ölsəm də oxumayacam” dedim, danlandım, üstəlik bir yağlı sillə də yedim. Amma riyaziyyat yükündən birdəfəlik qurtuldum. 11-ci sinifi bitirənədək riyaziyyatı və bütün törəmələrini qiymət xatirinə yola verdim. Hərçənd AZAL-an, çıxılan, fərq anlayışın -  çıxmanın komponentlərini “rəqəmlərin rəqsi”ni mən qədər xoşlayanların da bildiyinə əminəm...

 

Son turda “İnter”ə 1:2 hesabıyla uduzan AZAL-ın elitayla vidalaşacağı dəqiqləşdi. Mövsümün sonunda nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq çətindi. Azərbaycan futbolunun öz qanunları varsa, bizim futbol dünya futbolundan deyilsə, hər şey gözləmək olar. Demək istədiyim budu ki,  AFFA-da əyləşənlər idman prinsiplərinə növbəti dəfə tüpürüb, autsayderi Premyer Liqada saxlamasalar, “təyyarəçilər” elita səmasından itəcək.

 

AZAL-an

 

Yarnandan bir neçə dəfə adı dəyişilən AZAL-ın xidmətləri haqda ağızdolusu danışmağa dəyməz. Əsgər Abdullayev dönəmində çempionluğun biraddımlığından dönən kollektiv “Olimpik”, “Olimpik Şüvəlan” adlandığı vaxtlarda da xəmiri fanat sevgisiylə yoğrulmayan, yenilgiləri göz yaşlarıyla yuyulmayan, zəfərləri qəh-qəhəylə qutlanmayan klub olub. Dərinə getsək, yazının istiqamətini dəyişmək məcburiyyətində qalacağıq. Gəlin, daha konkret sual ətrafında dərdləşək: AZAL-ın taleyi müəyyənləşincə, AZALAN nə oldu?

 

 

Şübhəsiz, ilk növbədə öz adını daşıyan futbol klubunu yumşaq desək, yaxşı saxlamayan AZAL-ın xərcləri. Az-az, xəsisliklə xərclənən qəpik-quruşun yarısıyla aşağı liqada baş girləmək mümkündü.

 

Tarixin yaddaşına qovuşan hər “ölüyə rəhmət oxuyan” futbolsevərlərin bu komandayla bağlı ümidləri. Bəlli həqiqətdi ki, Azərbaycan futbolunda belə çöküşlərin ardından “ölüm” xəbəri gəlir. Məşhur filmdə deyildiyi kimi, kişi hələ sağdı! Amma...

 

Tərlan Əhmədov adlı döyüşçünün virtual patronları. Turdan-tura hədəfə dəyməyən, atıldıqca yerinə başqası qoyulmayan patronları. Yəqin sonuncunu öz aləmində kiminsə kəlləsinə sıxıb, gedəcək. Bəlkə də özünün...

 

Çıxılan

 

Çıxılan, çıxdaş olan Şüvəlan təmsilçisidi. Adından oynadığı Bakı kəndinə heç vaxt doğmalaşa bilməyən komandanın yeri çətin görünə... İkincisini say düzəltmək xatirinə axtarmayaq...

 

 

Fərq

 

Sizə fərq lazımdı? Harda yaşadığınızın, hansı ölkənin futbol klubu haqda oxuduğunuzun fərqinə varsaz, yetər! AZAL özündən öncə Premyer Liqayla vidalaşan onlarla həmyerlisindən böyük ölçüdə fərqlənmir. İddiasını, ətrafına topladığı azarkeş sayını yox, taleyini deyirəm. Odlar yurdunda yaradılıbsa, bir alov dilimiylə yanıb külə dönməsi, bir səhər küləyiylə sovrulması kimsədə təəccüb doğurmaz. Bax, bizim futbolun başqalarından fərqi budu!

 

 

 

NİHAT

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X