“Qəbələ”ylə oyuna ümidsiz yollanmırıq. Evdəki məğlubiyyətə baxmayaraq, mərhələ adlamaq şanslarımızın olduğunu düşünürəm”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in çalışdırıcısı Zaur Svanadze deyib.
Gürcü çalışdırıcı daha sonra əlavə edib: “Əlbəttə, 2 top fərqiylə uduzmağımız yaxşı hal deyil. Amma bir neçə qol vura bilərik. Hər şey oyunun necə alınmasından asılıdı. Final fitinə qədər mübarizə aparmalı, ümidimizi itirməməliyik. Futbolda mümkünsüz görünənin necə reallaşmasına dair çox nümunələr var”.
Fanat.Az