"Qəbələ" tarixində ikinci dəfə Azərbaycan Kubokunun finalına çıxıb. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" buna yarımfinalda "İnter" üzərində 3:1 və 2:0 hesablı qələbələr qazanaraq nail olub.
"Qəbələ" ilk dəfə finala 2013/14 mövsümündə çıxmışdı. 2014-cü ilin 22 mayında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan final matçında "Neftçi" ilə üz-üzə gələn "qırmızı-qaralar" gümüş medallarla kifayətlənmişdi. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşmış, "ağ-qaralar" penalti seriyasında qələbə qazanmışdı - 3:1.
Həmin vaxt "Qəbələ"yə Yuri Syomin başçılıq edirdi. Hazırkı baş məşqçi Roman Qriqorçuk bu gün ilk dəfə Azərbaycan Kubokunun finalına çıxıb.
Fanat.Az