"Qəbələ"nin sabiq baş məşqçisi və futbol direktoru Toni Adamsın yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Arsenal"ın əfsanəvi kapitanı İspaniya La Liqasında çalışacaq.
Belə ki, Adams "Qranada" klubuna idman direktoru təyin edilib. İngilis mütəxəssis Çinin "Çuntsin Danqday Lifan" klubunda da bu vəzifəni tuturdu. Amma o, artıq Asiya ölkəsindən ayrılıb. Həm Çin klubunun, həm də La Liqa təmsilçisinin prezidenti eyni şəxs - Con Cianqdı.
Qeyd edək ki, Toni Adams "Qəbələ"də 2010-cu ilin mayından 2011-ci ilin noyabrınadək baş məşqçi, sonradan isə ötən mövsümün sonlarınadək futbol direktoru vəzifələrində çalışıb.
Fanat.Az