"İnter" itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Zaur Svanadze İlkin Qırtımovun xidmətindən məhrum olub.
Belə ki, müdafiəçi cəzalı duruma düşüb. "Zirə" ilə matçın 54-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan İlkin sarı vərəqə limitni doldürub. Mövsüm ərzində 8-ci "sarı"nı alan Qırtımov ikinci dəfə cəzalı duruma düşüb. O, bu səbəbdən XXVI turda "Qarabağ"a qarşı oynamayacaq.
Fanat.Az