11:51 13.04.2017 1042

“Qarabağ”la “Qəbələ” də Naxçıvan variantından narazıdı

“İmarət”in kubokun finalı ilə bağlı hazırladığı bəyanatı diqqətinizə çatdırmışdıq. “Qarabağ”ın azarkeşləri həlledici matçın yerinin dəyişdirilməsini istəyir. Mayın 5-də Naxçıvanda keçiriləcək oyuna getməyin çətin olduğunu bildirən “İmarət” PFL-dən məsələyə yenidən baxılmasını xahiş edib. 


Artıq “Qəbələ” tərəfindən də oxşar istək nümayiş etdirilib. “Red Black Army” də təxminən oxşar məzmunlu bəyanat hazırlıb. Onların da istəyi kubokun final matçının yerinin dəyişdirilməsidi. Həmin bəyənatla tanış olun: “Bildiyiniz kimi, ölkə kubokunun final qarşılaşmasının - “Qəbələ” - “Qarabağ” oyununun Naxçıvanda keçirilməsi haqda qərar qəbul olunub. Bu qərar isə azarkeşlərin haqlı narazılığı ilə qarşılanıb. Həm “Qəbələ”, həm də “Qarabağ” azarkeşlərinin maraqla gözlədikləri matçı - mövsümün yekun qarşılaşmasını izləmək ehtimalı seçilən stadiona görə xeyli azalıb. Buna səbəb yolun uzaqlığı, bir çox azarkeşin səfər imkanının olmamasıdı. Naxçıvana təyyarə biletinin qiyməti bir nəfər üçün 100 manatdı (gediş-dönüş). Buna yemək və başqa xərcləri də əlavə etsək, bu məbləğ ən az 150 manat olur. Avtomobil yolu ilə hərəkət isə çox uzun olmaqla yanaşı, digər ölkə hüdudlarını keçdiyimizə görə xarici pasport tələb edilir. Bir çox azarkeşin də xarici pasportu yoxdu. Bütün bu sadalanan səbəbləri və matçın daha rəngarəng, daha maraqlı keçməsi istəyimizi nəzərə alaraq, “Qəbələ” azarkeşləri adından final oyununun “Bakcell Arena”da və ya başqa stadionlarımızdan birində keçirilməsini PFL rəhbərliyindən xahiş edirik”.


Təbii, ilk gündən Naxçıvan variantının doğru seçim olmadığını qeyd etmişdik. Hər iki komandanın azarkeşlərinin ortaya qoyduğu bəyanat da dediklərimizi təsdiqləyir. Özü də son günlər bu məsələ ilə bağlı geniş müzakirələr gedir. “Əlincə Arena” və başqa stadionların finalı qəbul etməsinin daha uyğun variant olduğunu düşünənlər var. PFL isə verdiyi qərardan vaz keçmək fikrində deyil. Hər halda, qurumun prezidenti Ramin Musayevin mətbuata açıqlamaları həlledici görüşün yerinin dəyişdirilməsinin mümkünsüzlüyündən xəbər verir. Görəsən, klubların bu məsələyə münasibəti necədi? 


“Qarabağ”ın baş meneceri Asif Əsgərov bunları dedi: “Kubokun final oyununun təşkilatçısı PFL-di. Onlar da belə qərar veriblər. Əslində klubların da mövqeyi öyrənilsə, daha yaxşı olardı. Öz işimlə bağlı onu deyim ki, təşkilati məsələlərin görülməsi çox çətindi. İki rəqib komandanın bir oteldə (“Duzdağ”ı nəzərdə tutur – F.) qalması özü yanlışdı. Hətta bildiyimizə görə, PFL-in qonaqları üçün də həmin otel nəzərdə tutulub. Yer olacaq, ya yox – bu birinci məsələdi. İkinci məsələ stadionun durumu ilə bağlıdı. Yəqin ki, xəbəriniz var. “Qəbələ” rəsmisi Naxçıvana getmək istəyib, hələ də bilet tapa bilmir. Bilet məsələsi necə olacaq? Belə təşkilati məsələlərdə maraq doğuran məqam PFL-in klublara necə dəstək verəcəyidi. Söhbət şəraitin yaradılmasından gedir. Hələ ki bu haqda söhbətimiz olmayıb. Baxaq görək, necə edək. Ən azı komanda ora gedib normal şəraitdə qalmalıdı, normal meydanda futbol oynamalıdı. Hər iki komanda ölkə futbolunun qaymaqlarındandı və normal meydanda oynamaq istəyir. Azarkeşlərin də narazılığını tam başa düşürəm. Bizim kimi, yəqin “Qəbələ” tərəfi də istəyər ki, tribunalar dolu olmaqla yanaşı, komandalara dəstək verən azarkeşləri olsun. Azarkeş böyük amildi. Düzdü, Naxçıvan da Azərbaycanın bir parçasıdı. Orda da böyük məmnuniyyətlə futbol oynamaq olar. Amma söhbət bizim azarkeşlərimizi ora aparmaqdan gedir. Hazırda yaxın bir həftədə təyyarə ilə getmək üçün yer yoxdu. Bundan başqa, hər bir azarkeşin pasportu, Naxçıvana gedib-gəlmək imkanı varmı? Belə məsələlər sual doğurur. Naxçıvan variantı ortaya çıxanda biz hələ yarımfinaldaydıq. Finalda kimlərin qarşılaşacağı bəlli deyildi. Biz də heç vaxt arxı keçməmiş “hop” demirik. Bu üzdən həmin variantla bağlı fikir bildirməmişdik. Söhbət ondan gedir ki, klublar üçün ən azı normal şərait olmalıdı. Meydan amilindən tutmuş komandanın ora gedib-gəlməsinə kimi. Subyektiv fikrimi deyirəm. Özüm bir azarkeş olaraq, oyunun gediş-gəliş üçün rahat bir yerdə keçirilməsini istərdim. Yenə deyirəm, Naxçıvanı heç bir bölgəmizdən ayırmaq fikrimiz yoxdu. Sadəcə, futbolu gözəlləşdirən onun azarkeşidi. Bir var iki komanda neytral azarkeşlər qarşısında oynasın. Ora gələnlərin də öz istəyi ilə gəlib-gəlməyəcəyi də başqa söhbətin mövzusudu. Bir də var futbolçular öz azarkeşləri önündə mübarizə aprsın. Tutaq ki, “Qarabağ” xarici komandalardan biri ilə qarşılaşır və həmin oyun Naxçıvanda keçirilir. Onda bilərdik ki, hamı “Qarabağ”a azarkeşlik etmək üçün gələcək. Amma söhbət kubokun finalından gedir və hər iki komanda bu ölkənindisə, orda nə dərəcədə futbol ab-havasının olacağı şübhə doğurur. Məsələyə peşəkar yanaşanda, ən azı iki komandanın bir oteldə qalması yanlışdı. Stadionun durumunun yaxşı vəziyyətdə olması hər iki komandanın istəyidi. Azarkeşi də fikirləşmək lazımdı. Hansısa qərar veriləndə məcbur etmək kimi durumdan qaçmalıyıq. Məqsəd futbolun gözəlliyini, inkişafını azarkeşə göstərməkdi. Eyni zamanda gözəl futbol sərgilənməsi lazımdı ki, azarkeşlər həzz alsın. Görünən odu ki, bu iki komanda ölkə çempionatını 1 və 2-ci yerdə qapayacaq. Mayın 5-dəki oyun isə kubokun finalıdı və həmin matçın futbol bayramına çevrilməsinə çalışmaq lazımdı. Müxtəlif addımlarla azarkeşlərin qarşısını almamalı, onların stadiona gəlməsini təmin etməliyik. Avropa ölkələrində 3-cü liqanın oyunlarına da normal tamaşaçı gəlir. Ancaq bizdə bir oyuna 5-10 min adam gələndə sevinirik. Bu cür matçlar isə bizim çempionatda barmaqla sayılacaq qədər azdı. Kubokun finalında daha yaxşı futbol ab-havasının yaşandığı stadionu seçmək olardı”.


“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı isə bunları dedi: “Azarkeşlərlə bağlı problem var. Bəzilərinin pasportu yoxdu, yol xərci də çoxdu. Ancaq kubokun finalı ora salınıbsa, getməyə məcburuq. Təbii, gediş-gəliş üçün rahat stadion seçilsəydi, daha yaxşı olardı. Azı komandamız  azarkeşlərimizin önündə oynayacaqdı. Yadınızdasısa, “Neftçi” ilə kubokun finalındakı görüşümüzü 20 minə yaxın qəbələli izləmişdi. O qədər azarkeşin Naxçıvana səfərini təşkil edə bilmərik axı. Təşkilati məsələlərdən danışsaq, qeyd olunası çox məqam var. Komandalar eyni oteldə qalacaq, bu isə qeyri-etik bir şeydi. Əslində “Qarabağ”la ötən turdakı oyundan sonra Respublika stadionunun nümayəndələri ilə danışdıq. Bildirdilər ki, həmin vaxt stadion boşdu. Rəsmi söhbət olmadı, qeyri-rəsmi müzakirə etdik. Həm bu, həm də başqa varinatlara baxmaq olardı”.


Mənbə: "Futbol+"

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

Facebookdan bizi izləməyi unutmayın.
X