Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda "Simurq" və "Neftçala"nın müraciətlərinə baxılıb.
"Simurq"un futbolçu Draqan Çeran "Qarabağ"la oyununu 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almış və İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmış, klub 4000 manat cərimə olunmuşdu. Zaqatala klubu bu qərarın dəyişidirilməsini istəsə də, Apellyasiya və Ekspert Komitəsindən rədd cavabı alıb.
"Neftçala" isə Tanrıverdi Məhərrəmliyə görə Apellyasiya və Ekspert Komitəsinə üz tutub. Belə ki, o, "Kəpəz"lə oyunda hakimi təhqir etdiyinə görə 4 oyunluq cəza almış, klubunu isə 400 manat ziyana salmışdı. Komitə "Neftçala"ya da mənfi cavab verib.