Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli açıqlanıb. Fanat.Az xəbər verir ki, mövsümün XXVIII turunun görüşləri eyni gündə keçiriləcək.
Aprelin 29-da baş tutacaq görüşlərdən üçü eyni vaxtda başlayacaq. Yalnız “Neftçi” – “Qarabağ” matçı gec başlayacaq.
Azərbaycanın iki ən titullu klubunun ölkə derbisi ilə çempionata yekun vurulacaq. Finişdəki bu derbi turnir cədvəli baxımından formal xarakter daşıyacaq.
Azərbaycan Premyer Liqası
XXVII tur
29 aprel (şənbə)
16:00. “Kəpəz” – “İnter”
Gəncə şəhər stadionu
16:00. “Sumqayıt” – “Qəbələ”
Sumqayıt. Şəhər stadionu
(canlı, “CBC Sport”)
16:00. AZAL – “Zirə”
“AZAL Arena”
17:00. “Neftçi” – “Qarabağ”
8-ci km qəsəbə stadionu
Fanat.Az