14:49 08.10.2017 997

"Qrindelin yadına futbolun siyasətdən uzaq olduğunu salacam"- MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Almaniya – Azərbaycan matçı öncəsi Kayzerslauternə ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, Məmmədov müsahibə zamanı bir neçə məsələyə toxunub.

 

- Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel bu gün keçirilən mətbuat konfransında Cavid Hüseynovun məlum hadisədən sonra erkən azadlığa buraxılmasını qabardıb. Buna münasibətiniz maraqlı olardı...

- Düzü, təəccübləndik. Çünki futbol siyasətdən uzaq olmalıdı. Bu, hər zaman FİFA və UEFA-nın tövsiyyələridi. Qərbi Avropadan gələn mesaj belədi ki, idman siyasətdən uzaq olmalıdı. Bugünkü mətbuat konfransında bu məsələnin qaldırılmasına təəccübləndik. Bunu gözləmirdik. Bu, Azərbaycanın daxili işidi və heç kimə bununla bağlı hesabat  verilməməlidi. Hər insana ikinci şans verilməlidi. Cavid Hüseynov peşəkar futbolçudu. Həyatında belə problem var idi və Konstitusiyamıza əsasən artıq milli komanda ilə bərabərdi.

 

- Yəqin ki, sabah Qrindellə görüşünüz olacaq. Bununla bağlı ona fikrinizi bildirəcəksinizmi?

- Təbii ki. Yadına salacam ki, futbol siyasətdən uzaq olmalıdı. Səhv etmirəmsə, martda Bakıdakı qarşılaşmada Almaniya Futbol Federasiyasının nümayəndələri bunu soruşmuşdular. Onlara danışmışdım, bunu müzakirə etmişdik. Ancaq bugünkü konfransda bunun əksini dedilər. Söylədilər ki, bu məsələni bizimlə müzakirə edəcəklər. Bilmirəm nəyi müzakirə edəcəklər. Biz heç kimə hesabat vermək məcburiyyətində deyilik. Yadlarına salacam ki, bu barədə söhbət etmişdik.

 

- Qrindelin bu açıqlaması hamımız üçün gözlənilməz oldu. Bunda dövlətimizə qarşı siyasi təzyiq hiss etdinizmi?

- Bunu deyə bilmərəm. Amma burda subyektivlik var.

 

- 21 yaşadək millimiz dünən acınacaqlı məğlubiyyət aldı. Buna münasibətiniz necədi?

- Çətin səfər oyunu idi. U-21 yığmamızın məşqçilər korpusunda dəyişikliklər oldu. Bu posta müvəqqəti təyin olunan Samir Ələkbərovdan xahiş etdik ki, komandanı son iki oyuna çıxarsın. Bu, Samir müəllim tərəfindən cəsarətli addım idi. Ona minnətdarlığımızı bildiririk. Bundan sonra uzunmüddətli qərar qəbul edəcəyik. Təbii ki, 1:6 hesablı məğlubiyyətə təəssüflənirik. Amma bu, hazırda komandamızın reallığıdı. Almaniya yığması da dünyanın ən güclü komandalarından biridi.

 

- Çexiya ilə oyunu izləyənlər arasında Ərtuğrul Sağlam da var idi. Azarkeşlərdə belə bir fikir formalaşdı ki, Sağlam millinin növbəti baş məşqçisi olacaq. Bu dəvət AFFA tərəfindən idi?

- Bildiyim qədərilə o, millimizin futbolçularına baxmağa gəlmişdi. Onun gələcəyini bilirdik.

 

- DÇ-2018-in seçmə mərhələsində Almaniya yığmasına qarşı sabah keçiriləcək oyundan nə gözləyirsiniz?

- Dünya çempionuna, Konfederasiyalar Kubokunun qalibinə qarşı oynayacağıq. Əlbəttə ki, çox çətindi. Almanların taleyi həll olunub. Ancaq onlar  hər matça çox məsuliyyətli yanaşır və 3 xal qazanmağa çalışır. Bizim isə məqsədimiz qrup ikinciliyi idi. Bunu reallaşdırmasaq da, inanıram ki, komandamız mübarizə aparacaq və çalışacaq rəqibə 3 xal qazanmaqda problem yaratsın.

 

Mənbə: apasport

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:23

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

Facebookdan bizi izləməyi unutmayın.
X