"Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır”. Fanat.Az xəbər verir ki, bu sözləri "Araz”ın baş məşqçisi Joze Alesio da Silva deyib.
Futzal üzrə UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi birinci görüşdə Bosniya və Hersoqovina çempionu "Mostar"ı 5:2 hesabıyla yenən komandanın çalışdırıcısı oyunla bağlı AFF-nin feysbuk səhifəsinə açıqlama verib: "Çətinliyə baxmayaraq, vacib olan qələbəni qazandıq. Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodlarını qaçırdıq. Bu da qarşıdakı matçlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.
Fanat.Az