Türkiyə Kubokunun 3-cü turunun püşkatma mərasiminin vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, Atatürk Olimpiya Evində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
Püşkatmada 54 klub iştirak edəcək. 27 cütlük oktyabrın 29, 30 və 31 oktyabr tarixləridə qarşı-qarşıya gələcək və növbəti mərhələyə çıxacaq 27 komandanı müəyyənləşdirəcək.
Püşkmatada azərbaycanlı futbolçuların çıxış etdiyi klubların - "Sivasspor" (Cihan Özkara), "Eskişəhərspor" (Ufuk Budak), "Orduspor" (Branimir Subaşiç), "Fethiyespor" (Davud Kərimi), "Kahramanmaraşspor" (Fərid Quliyev), "Tavşanlı Linyitspor" (Andrey Popoviç, Usim Nduka) və "Altınordu"nun (Timur Temeltaş) da rəqibləri müəyyənləşəcək.
Qeyd edək ki, Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" kubokda mübarizəni dayandırıb.