"Barselona" klubunun ulduzu Xavi Hernandez "Real Madrid"in İker Kasilyasa sahib çıxa bilmədiyini deyib.
İdman24.az-ın məlumatına görə, Xavi bildirib ki, "Real Madrid" azarkeşi İker Kasilyasa sahib çıxmalıdır.
Kasilyasa hörmət göstərilməsini deyən Xavi mətbuata verdiyi açıqlamasında, "Belə bir klub üçün önəmli olan və simvola çevrilmiş oyunçunun belə vəziyyətdə olduğunu görmədim. Kasilyas bunlara layiq deyil. O, daha çox hörmətə layiqdir. O mənim çox yaxın dostumdur. İspaniya kapitanı buna layiq deyil. Mourinyo qalsa da, qalmasa da Kasilyasa hər kəs hörmət göstərməlidir" deyib.
İdman24.az