"Mən bütün vergiləri ödəmişəm". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümöv açıqlama verərək Foqtsun hələ də məcburi sosial sığortanı ödəmədiyini və qeydiyyata düşmədiyini bildirmişdi. Bununla bağlı açıqlama verən alman çalışdırıcı Azərbaycan dövlətinə borcunun olmadığını deyib: "Heç kimə borcum yoxdu. Heç kimdən də qaçmıram. Əks halda mənə belə gözəl ölkədə işçi vizası verilməzdi. FİFA-da mənim AFFA ilə müqaviləm var. Orda hər şey aydın göstərilib".