Milli kondamızın start heyəti müəyyənləşib. Fanat.az xəbər verir ki, Berti Foqts Şimali İrlandiya ilə oyun üçün İsrail matçının heyətində iki dəyişiklik edib.
Bunlardan biri məcburi dəyişiklikdi. Belə ki, cəzalı olan Ruslan Abışovun yerinə Qara Qarayev forma geyinəcək. İsrail matçında start heyətində yer alan Cihan Özkaranın mövqeyində Vüqar Nadirov bu dəfə ilk dəqiqələrdən mübarizəyə qoşulacaq.
Berti Foqts qapını gözlənildiyi kimi Kamran Ağayevə həvalə edib. Müdafiənin mərkəzində Rasim Ramaldanovla Rəşad Sadıqov yer alacaq. Arxa xəttin sağ cinahı Mahir Şükürova, solu Elnur Allahverdiyevə tapşırılıb.
Qara Qarayevlə Rahid Əmirquliyev dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq. Yarımmüdafiənin sağ cinahı Araz Abdullayevə, sol cinahı Vüqar Nadirova tapşırılıb.
Hücum xəttində isə Rauf Əliyevlə Rüfət Dadaşov yer alıb.