"Simurq" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Zaqatala klubu "Dalğa Arena"da gündə iki dəfə məşqə çıxır.
İkinci dövrənin ilk matçında "Xəzər Lənkəran"ı qonaq edəcək "Simurq" səhər məşqlərində əsasən fiziki gücün artırılmasına hesablanmış təmrinləri yerinə yetirir. Axşam çalışmaları isə taktiki və texniki yönlü tapşırıqlardan ibarət olur.
Georgi Çixradzenin yetirmələri oyun praktikasını itirməmək üçün sabah yoldaşlıq görüşünə çıxacaq və "Sumqvyıt"la qarşılaşacaq. Matç saat 16.00-da başlayacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni inşa olunmuş meydançada keçiriləcək oyunu Orxan Məmmədov idarə edəcək.