18:29 31.01.2018 5651

Azərbaycan çempionatında qalmaqal: Boksçu polisə aparıldı - VİDEO

Boks üzrə Azərbaycan çempionatında 64 kq çəki dərəcəsində Elməddin İsmayılovla İxtiyar Qazıbəyov arasında keçirilmiş 1/4 final görüşünün nəticəsi ləğv olunub. Bu barədə "Report"a İsmayılovun özü məlumat verib.

21 yaşlı bildirib ki, Qazıbəyova qalib gəlsə də, ertəsi gün qərar dəyişdirilib. Halbuki, qarşılaşmadan sonra rinq hakimi onun əlini havaya qaldırıb. Ertəsi gün gənc boksçu Elvin İsayevlə yarımfinal döyüşünə gəldiyi vaxt ona növbəti mərhələyə Qazıbəyovun yüksəldiyi deyilib.

Bundan narazı qalan İsmayılov haqsızlıqla üzləşdiyini iddia edib: "Mən əslən Xocalıdanam. Kasıb ailədə böyümüşük. İxtiyar Qazıbəyovun əmisi Eldar Qazıbəyov isə polis rəisidir. Belə ədalətsizlik olmaz. Hamının gözü qarşısında qalib olsam da, "torbamı tikdilər". Şikayət etdik, amma xeyri olmadı".

Öz növbəsində Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov qalibin adının ertəsi gün dəyişdirilməsində qeyri-adi bir şey olmadığını bildirib. Onun sözlərinə görə, Beynəlxalq Boks Federasiyasının (AİBA) yeni qaydalarına əsasən, 1/4 final görüşündən sonra Qazıbəyov etiraz məktubu yazıb. Ertəsi gün isə mütəxəssislər görüntülərə baxaraq, hakimin qərarını dəyişdiriblər: "Bu, Azərbaycan çempionatında ilk belə hal deyil. Daha 3 döyüşün nəticəsi dəyişdirilib. O cümlədən, Qazıbəyovun yarımfinalda Elvin İsayevlə keçirdiyi görüşdən sonra bu cür hal yaşandı. İsayevin etirazına baxıldı və o, qalib elan olundu. Bu gün isə Elvin ölkə çempionu adını qazandı. Bütün etirazlara 1/4 final döyüşlərinin ertəsi günü baxıldı. Sadəcə, İsmayılov və Qazıbəyova deyildi ki, gözləsinlər, kim qalib gəlsə, o, yarımfinal döyüşü üçün tərəziyə çıxsın. Məhz buna görə hər ikisi çağırılmışdı".

Səfərov İxtiyar Qazıbəyovun Elməddin İsmayılovla döyüşün ertəsi günü əmisinə görə qalib elan olunduğuna dair iddialara da münasibət bildirib: "Kiminsə qohumu polis rəisidirsə, biz nə edə bilərik? Döyüşün diski var. İstəyən adam gəlib mütəxəssislərlə baxıb rəy verə bilər. Baxdılar və rəy verdilər ki, Qazıbəyov qalibdir. Yarımfinal görüşündə isə Qazıbəyova qələbə verilsə də, diskə baxıldıqdan sonra Elvin İsayev qalib elan olundu. Təbii ki, uduzan tərəf qərarla heç vaxt razılaşmır. Lakin bu, yeni qaydadır və artıq bütün səviyyədən olan yarışlara şamil olunur. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə boksçumuz Lorentso Sotomayora finalda haqsızlıq edildiyi halda, şikayətimizə baxılmamışdı".

Qeyd edək ki, Eldar Qazıbəyov Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisidir. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

02 phrase_var_core.july 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 phrase_var_core.july 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

phrase_var_core.fb
X