Rusiyalı MMA döyüşçüsü Fyodor Yemelyanenko Yaponiyada keçirilən Bellator turnirində amerikalı Quinton Ceksonu məğlub edib.
Fanat.Az izvestia.ru-ya istinadla xəbər verir, döyüş Saitamda baş tutub. Yemelyanenko elə ilk raundda qələbəni təmin edib.
Bellatorda bildirilib ki, rus döyüşçüsü daha iki oyundan sonra karyerasını başa vuracaq. Növbəti döyüş 2020-ci ilin yayında Avropada keçiriləcək.
43 yaşlı rus döyüşçünün hesabında 38-ni qələbə ilə başa vurduğu 45 döyüş var. O, döyüşlərdən altısında məğlub olub, qarşılaşmalardan biri isə etibarsız sayılıb. 41 yaşlı Quinton Cekson isə 38 qələbə, 13 məğölubiyyətlə 51 döyüş keçirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol