Dünən Azərbaycan və Rusiya milli komandalarının azarkeşləri arasında yoldaşlıq oyunu keçirilib. Fanat.az xəbər verir ki, "Bayıl Arena"da baş tutan oyunda qalib müəyyənləşməyib - 2:2.
Oyundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov və Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx hər iki komandanın üzvləri ilə görüşərək uğurlar arzulayıb.