"Bayern Münih"in təcrübəli oyunçusu Aryen Robben bu mövsüm üç kuboku birdən qaldıraraq təkrarlanması çox çətin bir il keçirdiklərini söylədi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, geridə qalan mövsümü qiymətləndirən Robben "Belə bir mövsümü təkrar yaşamaq məncə mümkün deyil. 2014-cü ildə Dünya Kubokunu da düşünərək problemsiz bir mövsüm keçirmək istəyirəm", deyib.
Robben Dünya Kubokunu qazanmağı çox istədiyinin vurğulayıb: "Daha əvvəl bir dəfə çox yaxınlaşmışdım. Belə bir şans ikinci dəfə qarşıma asan-asan çıxmaz. Ancaq Çempionlar liqasını üçüncü sınaqda qazandım. Dünya Kuboku niyə olmasın?"
İdman24.az