Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov gürcü mətbuatının gündəmindədir.
Fanat.Az baku.ws-ə istinadən xəbər verir li, Gürcüstan KİV-I azərbaycanlı icra başçısını sadə həyat tərzi sürən məmur kimi dəyərləndirib.
Məlumatda bildirilir ki, 2017-ci ildə böyük səs faizi ilə icra başçısı seçilən Temur Abazov icra başçısı seçildiyi gündən sadə vətəndaşların qayğıları ilə maraqlanır, onların problemlərini dinləyir və kömək edir.
Bundan başqa, Temur Abazov idmançı olması ilə də diqqət çəkir. O sosial şəbəkələrdə idman zalından fotolarını paylaşaraq gəncləri sağlam həyat tərzi sürməyə dəvət edir. Bu isə hər kəsin marağına səbəb olub.