Ötən mövsüm "Vest Bromviç"də çıxış etdikdən sonra klubdan ayrılan və müqaviləsiz olduğu üçün ötən həftə ÇFR-lə müqavilə bağlayan Qabriel Tomasın yeni işi də əlindən çıxıb. Fanat.az xəbər verir ki, buna səbəb futbolçunun barda dava etməsi olub.
Belə ki, Tomas müqaviləsini komanda yoldaşı Florin Kostea ilə bir barda qeyd edib. Polisin məlumatına görə, futbolçu içkili halda başqa bir müştəri ilə dava edib və saxlanılıb. Bu barədə xəbər tutan klub rəhbərliyi isə onun müqaviləsini birtərəfli qaydada pozub.
Fanat.az