14:36 05.06.2013 1009

Foqts: "Futbolçular 100 faiz güclərini qoysalar, qələbə qazanacağıq"

Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, “Şeraton” otelində jurnalistlər qarşısına çıxan almaniyalı mütəxəssis ilk olaraq 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə iyunun 7-də keçiriləcək ev oyununa hazırlıq haqda danışıb.

- Hazırlıqdan razıyam. Şadam ki, Qətərlə oynamaq imkanımız oldu və onlara minnətdaram. Çempionat bitdiyindən, futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Oyunçuların məşq prosesindən razı qalmışam. Elə oyunçular ki, 100 faiz hazır deyillər. Onlar zədəlidir və vəziyyətini gözləməliyik. Bəzi futbolçular Lüksemburqla oyundan razı qalmadığımdan, borclarını qaytarmalıdır. Hər oyunçu 100 faiz əlindən gələni etsə, onda qalib gələcəyik. Sözsüz ki, qələbəni qazanmaq lazımdır. Bizə qələbəni heç kim, o cümlədən Lüksemburq hədiyyə etməyəcək. Biz öz hücumlarımızı cinahlardan qurmalıyıq. Mərkəzdən qursaq, onlara qol vurmaq çətin olacaq. İki məşqiçmiz qalıb, standart vəziyyətlərdə çox işləyəcəyik. İyunun 7-də qalib gəlmək istəyirik. 

- Rauf Əliyevə Vüqar Nadirov yoxluğunda hücum xəttində problem olmayacaq?

- Burda əsas söhbət ondadır ki, biz hücuma gec qoşuluruq. Problem təkcə Raufla Vüqrala bağlı deyil. Ciha Özkara da heyətdə yoxdur. Pərdis Fərcad-Azadın da zədəsi olduğundan, oynamağı bilinmir. Dörd hücumçunun yoxluğu itkidir. Çempionatın bombardirlər siyahısına baxsaq, ilk 10 futbolçu arasında azərbaycanlı yoxdur. 

- Belə demək olar ki, Arif İsayev ilk dəqiqələrdən oynayacaq?

- İndi bunu tam deyə bilərəm. Onu çoxdan görməmişdim. Məqşdə razı qalsam da, Qətərlə oyunda tam istədiyimi ala bilmədim. Gözəl insandır, ancaq bizə Lüksemburqla matçda aqressiv, sürətli futbolçular lazımdır. Mən həmin mövqedə Vaqif Cavadovdan çox şey gözləyirəm.

- Vaqifdən fərqli Arif qol vurub...

- O, Türkiyənin I liqasında, Vaqif isə Azərbaycan Premyer Liqasında oynayır. 

- Qətərlə oyunda qol vuran Rüfət Dadaşovun mərkəz hücumçusu kimi oynamaq şansı necədir?

- Bunu Rüfət məşqi ilə deməlidir. Həmin mövqedə Branimir Subaşiç, Elvin Məmmədov oynaya bilər. O da az qol vurub. Fərqi yoxdur, “Bavariya”dan Mario Qomes oynasın, hücumçuları zərbə mövqeyinə çıxarmaq lazımdır. Bu, bizdə problemdir. 

- Yarımmüdafiə və hücum xəttində problemləri nəzərə alsaq, “Qəbələ”dən Dodo, “Neftçi”dən Flavinyonun milliləşdirilməyi mümkündür?

- Bu suala cavab verə bilmərəm. Məncə, onlar hazırda Azərbaycan yığmasında oynaya bilməzlər. Bütün legionerlər başqa ölkəsində yığmasında çıxış etmək hüququna malik deyil. Son illərdə gənc futbolçulara özlərini göstərməyə imkan vermişik. Buna vaxt lazımdır. Mən baş məşqçi ilk növbədə azərbaycanlılara şans vermək istəyirəm. Şvaynştaygerə Azərbaycan pasportu ver, bununla iş bitmir. Ronaldo elə-belə bu səviyyəli futbolçu olmayıb, gündə 5 dəfə məşq edir. Azərbaycanın 17 yaşlılardan ibarət yığmasında 4-5 oyunçu var. Mən legionerlərin yığmaya cəlb olunmağı ilə bağlı suala həvəssiz cavab verirəm. Sənədləşmədə problem var, FİFA buna diqqət yetirir. 

- Lüksemburqa qalib gəlməsək, millimizin üstündən qara xətt çəkə bilərik?

- Mən qələbə gözləyirəm. Mənfi fikirləşmək lazım deyil. Bu zaman mənfi nəticə əldə edilir. Hər bir kəs ölkəsi ilə fəxr etməlidir. Futbolçular 100 faiz güclərini qoysalar, qələbə qazanacağıq. 

- Azarkeşləri stadiona dəvət edərik, nə söz verdiniz?

- Futbolçularımdan çox şey asılıdır. Onlar öz oyunları ilə azarkeşlərə siqnallar verməlidir. Mən Qazaxıstana qalib gəldiyimiz stadionda ab-havanı görmək istərdim. 

- Millimiz ilk dəfə oynayacağı “Bakcell Arena”da qalib gələrsə, daha Respublika stadionda yox, orda matç keçirməyi düşünürsünüz?

- Biz başqa stadionlarda da oynamışıq. Ancaq Rusiya ilə ev oyununu “Bakcell Arena”da keçirə bilmərik. Çünki həmin matça çoxlu azarkeşlər gəlmək istəyəcək. Ancaq Şimali İrlandiya ilə “Bakcell Arena”da oynamağı özüm üçün təssəvvür edirəm. Rusları isə “Tofiq Bəhramov”da udmaq istəyirik. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

Facebookdan bizi izləməyi unutmayın.
X