"Barcelona"nın müvəffəqiyyətli orta sahə oyunçusu Andres İniesta bu mövsüm liqada yaxşı performans sərgilədiklərini, komanda olaraq da hər hansı bir eniş yaşamadıqlarını qeyd etdi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, İniesta, "Çempionlar Liqasındakı uduzmağımız məyus etdi. Gözləyişləri qarşılaya bilmədiyimizin fərqindəyik, amma liqada əla idik. "Real Madrid"i çarəsiz qoyduq. Bizim üçün asan bir il olmadı. Amma müvəffəqiyyətsiz də deyildik", deyib.
İdman24.az