Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında yeni mövsümə start verilib. Fanat.az xəbər verir ki, turnirə vəsiqə qazanan Azərbaycan təmsilçilərindən ilk olaraq mübarizəyə "Azəryol" qoşulub.
Təmsilçimiz İtaliyanın "Yamamay" klubunu qəbul edib. "Azəryol" ilk setdə uduzsa da, daha sonra 2:1 hesabı ilə önə keçib. Dördüncü setdə italyanlar qələbə qazanıb və bərabərlik təmin olunub - 2:2. Belədə qalib tay-brekdə müəyyənləşib. "Azəryol" 15:13 hesabı ilə qalib gələrək Çempionlar Liqasına qələbə ilə başlayıb - 3:2.
Qeyd edək ki, qrupun digər matçında “Konegliano” (İtaliya) “Qalatasaray”la (Türkiyə) qarşılaşacaq. Görüş sabah keçiriləcək.
Çempionlar Liqası
22 oktyabr
I tur
E qrupu
Azəryol (Azərbaycan) - Yamamay (İtaliya) 3:2 (24:26; 25:20; 25:15; 17:25; 15:13)
Hakimlər: Mixaylo Melnik (Ukrayna), Tomas Murulo (Estoniya).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az