"İtaliya" millisinin və "İnter" klubunun hücumçusu Antonio Kassano qolunu sındırıb.
İdman24.az-ın məlumatına görə, dünən keçirilən məşq zamanı Kassano yıxılıb və nəticədə qolu sınıb.
Təcili xəstəxanaya aparılan futbolçunun nə vaxt sağalacağı məlum deyil.
Qeyd edək ki, bu mövsüm Kassano "İnter" forması altında keçirdiyi 28 oyuna 8 qol vurub.
İdman24.az